AZ

Tramp: İki həftəlik atəşkəsə razıyam

ABŞ prezidenti Donald Tramp İranla bağlı gərginlik fonunda iki həftəlik atəşkəsə razı olduğunu açıqlayıb.

Vətəninfo.az  xəbər verir ki, Tramp sosial media hesabında paylaşdığı bəyanatda bildirib ki, İrana qarşı həyata keçirilən bombardman və hücumlar iki həftə müddətinə dayandırılacaq. Onun sözlərinə görə, bu müddət yekun sülh sazişinin hazırlanması və razılaşdırılması üçün imkan yaradacaq.

ABŞ lideri qeyd edib ki, Pakistanın vasitəçiliyi ilə aparılan danışıqlar müsbət nəticələr verməkdədir. O, xüsusilə Pakistanın Baş naziri Şahbaz Şərif və Pakistan Ordusunun Qərargah rəisi Asim Munir tərəfindən idarə olunan diplomatik səyləri yüksək qiymətləndirib.

Trampın sözlərinə görə, Pakistan tərəfindən irəli sürülən və Hormuz boğazının açılmasını da nəzərdə tutan təklif qəbul edilib. “İrana qarşı bombardman və hücumları iki həftə müddətinə dayandırmağa razıyam. Bu, ikitərəfli atəşkəs olacaq”, – deyə ABŞ prezidenti vurğulayıb.

O əlavə edib ki, ABŞ artıq İranda qarşıya qoyduğu hərbi məqsədlərə nail olub və tərəflər uzunmüddətli sülh razılaşmasına yaxınlaşır. Tramp bildirib ki, İran tərəfindən təqdim edilən 10 maddəlik təklif danışıqlar üçün etibarlı əsas hesab olunur.

ABŞ prezidenti həmçinin qeyd edib ki, iki həftəlik müddət ərzində tərəflər arasında mövcud fikir ayrılıqlarının böyük hissəsinin aradan qaldırılması və yekun razılaşmanın əldə olunması mümkündür.

Sonda Tramp vurğulayıb ki, Yaxın Şərqdə uzun müddətdir davam edən problemlərin həllində iştirak etmək onun üçün böyük şərəf olardı.

Seçilən
23
veteninfo.az

1Mənbələr