ABŞ Silahlı Qüvvələri elan edilmiş atəşkəs rejiminə uyğun olaraq İran ərazisinə zərbələr endirməyi dayandırıb.
Publika.az xəbər verir ki, bu barədə "New York Times" (NYT) məlumat yayıb.
"ABŞ administrasiyasının nümayəndəsi bildirib ki, Amerika hərbçilərinin İrana qarşı zərbələri iki həftəlik atəşkəs razılaşmasına əsasən dayandırılıb", - deyə məlumatda qeyd olunur.
Aprelin 8-də İran, ABŞ Prezidenti Donald Trampın atəşkəs barədə sözlərindən sonra Birləşmiş Ştatlar üzərində qələbə çaldığını elan edib. İslam Respublikasının dövlət orqanının məlumatına görə, Vaşinqtonla əldə olunan iki həftəlik atəşkəs razılaşması Amerika qoşunlarının Yaxın Şərqdəki bütün bazalardan çıxarılmasını, bütün sanksiyaların ləğvini, İranın xaricdəki aktivlərinin dondurulmuş vəziyyətdən çıxarılmasını, həmçinin İrana təzminat ödənilməsini nəzərdə tutur.