AZ

Şahbaz Şərif: Atəşkəs Livan və hər yerdə qüvvədə olmalıdır

BAKI, 8 aprel. TELEQRAF

Pakistanın baş naziri Şahbaz Şərif İran və ABŞ arasında əldə olunan atəşkəsin yalnız bir regionla məhdudlaşmamalı olduğunu bildirib.

Teleqraf xəbər verir ki, o, atəşkəsin Livanda və ümumilikdə bütün bölgədə qüvvədə olmasının vacibliyini vurğulayıb.

Baş nazirin sözlərinə görə, atəşkəs geniş coğrafiyada tətbiq olunarsa, bu, gərginliyin azalmasına və sabitliyin təmin olunmasına töhfə verə bilər.

Seçilən
69
teleqraf.com

1Mənbələr