AZ

Tehranın tarixi qələbə bəyanatı: "Düşmən diz çökdü, hədəflər fəth olundu"

İran Ali Milli Təhlükəsizlik Şurası ölkə xalqına müraciət edərək rəsmən qələbə elan edib. Bəyanatda bildirilir ki, İran övladlarının fədakarlığı sayəsində düşmən bir aydan artıqdır ki, İranın və Müqavimət qüvvələrinin sarsıdıcı atəşini dayandırmaq üçün yalvarır. Ölkə rəhbərliyi isə düşmənin tam peşmançılığına və uzunmüddətli təhdidlərin aradan qaldırılmasına qədər bu xahişləri rədd edib. 40 gün davam edən qarşıdurma nəticəsində İranın bütün hərbi hədəflərinə çatdığı və ABŞ prezidentinin ultimatumlarının boşa çıxdığı vurğulanır.

Musavat.com xəbər verir ki, İslam İnqilabının Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xameneinin fərmanı ilə İslamabadda yekun detalların razılaşdırılması üçün danışıqlara razılıq verilib. İran tərəfi Pakistan vasitəsilə ABŞ-a özünün 10 bəndlik planını təqdim edib və qarşı tərəf bu prinsipləri danışıqlar üçün baza kimi qəbul etməyə məcbur olub. İranın əsas şərtlərinə Hürmüz boğazına tam nəzarət, Müqavimət Oxuna qarşı müharibənin dayandırılması (İsrailin təcavüzünün tarixi məğlubiyyəti), ABŞ qüvvələrinin regiondan çıxarılması, sanksiyaların ləğvi, dondurulmuş aktivlərin qaytarılması və dəymiş ziyanın tam ödənilməsi daxildir.

Bəyanatda qeyd olunur ki, danışıqlar aprelin 10-da tam etibarsızlıq şəraitində başlayacaq və bu müddət ərzində İran ordusunun "əlindəki tətik" hər an işə düşməyə hazırdır. Sənəddə vurğulanır ki, müharibə yalnız 10 bəndlik saziş tam imzalandıqdan sonra başa çatmış hesab olunacaq. Hazırda xalqdan milli birliyi qorumaq və qələbəni qeyd etmək istənilib.

Toğrul İsmayıl,
Musavat.com

Seçilən
8
31
musavat.com

10Mənbələr