AZ

İsrail də atəşkəsə qoşulur: İrana hava zərbələri dayandırıldı

İsrail hökuməti ABŞ Prezidenti Donald Trampın elan etdiyi iki həftəlik müvəqqəti atəşkəs rejiminə qoşulmağa razılıq verib.

Ağ Evin yüksək rütbəli rəsmisinin verdiyi məlumata görə, İsrail tərəfi danışıqlar prosesi davam etdiyi müddətdə İrana qarşı bütün hava hücumlarını və hərbi əməliyyatları dayandıracaq.

Bu qərarın Vaşinqtonun bölgədə hərbi gərginliyi azaltmaq və diplomatik həllə yol açmaq strategiyası ilə tam sinxronlaşdırıldığı bildirilir.

Musavat.com xəbər verir ki, iki həftəlik bu sülh pəncərəsi tərəflər arasında yekun sazişin əldə olunması üçün son şans kimi dəyərləndirilir. İsrailin bu addımı regionda genişmiqyaslı müharibə riskini müvəqqəti də olsa azaltsa da, rəsmi Tel-Əviv danışıqların gedişatından asılı olaraq təhlükəsizlik tədbirlərini ən yüksək səviyyədə saxlayır.

Hazırda dünya ictimaiyyətinin diqqəti bu 14 günlük müddət ərzində əldə olunacaq nəticələrə yönəlib.

Toğrul İsmayıl,
Musavat.com

Seçilən
33
musavat.com

1Mənbələr