AZ

Hirosima və Naqasaki XƏBƏRDARLIĞI: İtaliyalı nazir İranla qarşıdurmanı ŞƏRH ETDİ

İtaliya müdafiə naziri İranla müharibə səbəbindən nüvə eskalasiyası riski barədə xəbərdarlıq edib.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

İtaliyanın müdafiə naziri İranla davam edən hərbi münaqişənin nüvə eskalasiyasına çevrilməsi təhlükəsi ilə bağlı xəbərdarlıq edib.

O, Hirosima və Naqasaki faciələrini xatırladaraq bəşəriyyətin keçmişdən dərs çıxarmadığını vurğulayıb.

“Biz hələ də nüvə silahına sahibik, buna sahib olmayanlar isə onu əldə etməyə çalışırlar. Biz heç nə öyrənməmişik”, – nazir bildirib.

Onun sözlərinə görə, hazırkı qarşıdurma artan xətlə inkişaf edir və hər bir hərbi addım daha sərt cavab tələb edən bir “zəncirvari reaksiya” yaradır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
38
interpress.az

1Mənbələr