AZ

ABŞ-nin 8 yanacaqdolduran təyyarəsi havaya QALDIRILDI – VİDEO

ABŞ Hərbi Hava Qüvvələrinin 8 yanacaqdolduran təyyarəsi Yaxın Şərqdə havaya qalxıb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

ABŞ Prezidenti Donald Trampın İrana verdiyi ultimatumun başa çatmasına üç saat qalmış Yaxın Şərq regionunda hərbi hərəkətlilik müşahidə olunub.

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 8 ədəd yanacaqdolduran təyyarə havaya qaldırılıb.

Hərbi ekspertlər bu addımı hərbi aviasiyanın uzunmüddətli uçuşlara və mümkün genişmiqyaslı əməliyyatlara hazırlığı kimi qiymətləndirirlər.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
20
1
interpress.az

2Mənbələr