AZ

“Bir sivilizasiya məhv olacaq” – Pelosi Trampa qarşı çıxdı

ABŞ-da siyasi ritorika daha da sərtləşir.

Musavat.com xəbər verir ki, ABŞ Konqresinin aşağı palatası olan Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi ABŞ Prezidenti Donald Trampınn “bu gecə tam bir sivilizasiya məhv olacaq” açıqlamasına kəskin reaksiya verib. Pelosi bildirib ki, bu cür ifadələr Trampın qeyri-sabitliyini və təhlükəli qərarlar vermə ehtimalını açıq şəkildə göstərir.

Onun sözlərinə görə, Trampın davranışı əvvəlkindən daha riskli mərhələyə keçib və bu vəziyyət artıq yalnız siyasi deyil, milli təhlükəsizlik problemi kimi qiymətləndirilməlidir.

Pelosi qeyd edib ki, əgər administrasiya ABŞ Konstitusiyasının 25-ci düzəlişini işə salmaq istəmirsə, Respublikaçılar Konqresi təcili şəkildə toplamalı və müharibəni dayandırmaq üçün addım atmalıdır.

Musavat.com

Seçilən
63
musavat.com

1Mənbələr