AZ

ABŞ–İran danışıqlarında müsbət irəliləyişlər gözlənilir - CNN

ABŞ və İran arasında aparılan danışıqlarda yaxın vaxtlarda müsbət irəliləyişlərin əldə olunacağı gözlənilir.

Redaktor.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Məlumata görə, regiondakı mənbə bildirib ki, danışıqlarda “hər iki tərəfdən tezliklə yaxşı xəbərlər gözlənilir”. Həmçinin qeyd olunub ki, Pakistan Silahlı Qüvvələrinin baş komandanı, feldmarşal Asim Munir müzakirələrdə birbaşa iştirak edib.

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp İranın razılaşma ilə bağlı irəli sürülən ultimatumun müddəti başa çatdıqdan sonra ölkənin ciddi nəticələrlə üzləşə biləcəyini bildirmişdi.

Seçilən
6
3
redaktor.az

4Mənbələr