Bakı, 8 aprel, AZƏRTAC
Mühüd tək peşəkar zabit deyildi, ailədə qayğıkeş, mehriban ata və həyat yoldaşı idi. Mühüd daim bizim qəlbimizdədir. Çalışırıq ki, hər əməlimizdə onun adını uca tutaq, övladlarının adına layiq böyüməsində əlimizdən gələni edək.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Aprel döyüşləri şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Mühüd Orucovun həyat yoldaşı Qumru Orucova deyib.
"Mühüd ailəsinin, doğmalarının, onu sevənlərin qüruru, fəxridir. Çünki o, Vətənə, xalqa sevgisi ilə örnək olan, üçrəngli bayrağı son nəfəsi ilə ucalarda dalğalandıran və özündən geriyə salnamələr miras qoyan döyüşçülərdəndir. Elə bir qəhrəmanın ailə üzvü olmaqla fəxr edirik", - deyə Q.Orucova qeyd edib.
Müxbirlər - Göyçək Mahmudlu, Lalə Minasazova