AZ

ADU-da Səməd Vurğunun yubileyi münasibətilə tədbir keçirilib



Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsində görkəmli şair və dramaturq Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş tədbir təşkil edilib.

aia.az xəbər verir ki, tədbirdə çıxış edənlər şairin Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən bəhs edib, onun yaradıcılığının milli-mənəvi dəyərlərin formalaşmasındakı rolunu ön plana çəkiblər.

Tərcümə fakültəsinin dekanı, professor Bənövşə Məmmədova çıxışında bildirib ki, Səməd Vurğunun əsərləri bu gün də aktuallığını qoruyur və gənc nəsil üçün mühüm ədəbi nümunədir.

Tədbir çərçivəsində tələbələr müxtəlif dillərdə təqdimatlarla çıxış ediblər. Onların hazırladıqları çıxışlar həm dil bacarıqlarını, həm də ədəbiyyata maraqlarını nümayiş etdirib.



Seçilən
37
aia.az

1Mənbələr