Azərbaycan Premyer Liqasının XXVI turunda “İmişli” və “Turan Tovuz” üz-üzə gəlib.
Sportinfo.az xəbər verir ki, Quba Olimpiya İdman Kompleksinin stadionunda baş tutan qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Baş hakim Rəvan Həmzəzadənin idarə etdiyi görüşdə qolları Dioqo Kardozo (45-ci dəq.) və Mark Rene Mampassi (53-cü dəq.) vurublar.
Bu nəticədən sonra Kurban Berdıyevin kollektivi 49 xalla turnir cədvəlinin 3-cü pilləsində, Jorj Kaşkilyanın komandası isə 23 xalla 9-cu pillədə qərarlaşıb.
"İmişli" - "Turan Tovuz" 1:1