AZ

“Sülh olarsa, İran Hörmüz boğazından keçid üçün 2 milyon tələb edəcək − NYT

Yeniavaz saytına istinadən ain.az xəbər verir.

“İranın müharibəyə son qoymaq üçün təklif etdiyi planda Hörmüz boğazından keçən gəmilərə 2 milyon dollarlıq rüsum tətbiq etmək nəzərdə tutulub”.

Yeniavaz.com xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti adı açıqlanmayan İran rəsmilərinə istinadən məlumat yayıb.

Qəzetin məlumatına görə, 10 maddəlik plan ABŞ və İsrailin İrana qarşı gələcək hücumlardan çəkinməsini nəzərdə tutur:

“Həmçinin İsrailin Livandakı “Hizbullah” mövqelərinə zərbə endirməkdən çəkinməsini və bütün sanksiyaları ləğv etməsini tələb edir. Bunun müqabilində İran Hörmüz boğazında gəmiçiliyin qarşısını almağı dayandıracaq və hər gəmi üçün təxminən 2 milyon dollar rüsum almağa başlayacaq. Tehran həmçinin bu vəsaiti boğazın o tayında yerləşən Omanla bölüşmək niyyətindədir. İran əldə edilən gəlirdən öz payını İsrail və ABŞ-nin zərbələri nəticəsində dağıdılmış infrastrukturu bərpa etmək üçün istifadə edəcək”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
3
yeniavaz.com

4Mənbələr