AZ

​Hakan Çalhanoğlu qərarını verdi

Futbol üzrə Türkiyə yığma komandasının və "İnter"in ulduzu Hakan Çalhanoğlunun karyerasını hansı ölkədə davam etdirəcəyi məlum olub. Metbuat.az xəbər verir ki, bu barədə İtaliya mediası məlumat yayıb. Xarici KİV təcrübəli yarımmüdafiəçinin karyerasını İtaliyada başa vurmaq niyyətində olduğunu yazıb.İtaliya mediasının bildirdiyinə görə, 32 yaşlı futbolçu Türkiyə və Səudiyyə Ərəbistanı klublarından gələn təkliflərə soyuq yanaşır. Çalhanoğlu 2027-ci ilin yayında "İnter"lə müqaviləni yeniləmək istəyir.

Qeyd edək ki, Hakan Çalhanoğlu bu mövsüm "İnter"in heyətində 27 oyuna çıxıb. O, 10 qol vurub və 5 qolun ötürməsini verib.

Seçilən
24
metbuat.az

1Mənbələr