Pakistanın baş naziri Şahbaz Şərif ABŞ prezidenti Donald Trampa müraciət edərək İranla razılaşma üçün müəyyən edilmiş son müddətin daha iki həftə uzadılmasını istəyib.
Musavat.com xəbər verir ki, bu barədə The Wall Street Journal Pakistan liderinin yaydığı müraciətə istinadla məlumat yayıb.
Şərif bildirib ki, diplomatiyaya işləmək imkanı vermək üçün Trampdan son tarixi iki həftə uzatmağı “səmimi şəkildə” xahiş edir. O, eyni zamanda Pakistanın “İrandakı qardaşlardan” Hörmüz boğazını həmin iki həftəlik müddətdə xoş niyyət jesti kimi açmağı xahiş etdiyini vurğulayıb.
Pakistan baş naziri bütün müharibə tərəflərini də iki həftəlik ümumi atəşkəsə çağırıb. Onun sözlərinə görə, məqsəd diplomatiyaya yekun nəticə əldə etmək, bölgədə uzunmüddətli sülh və sabitlik üçün imkan yaratmaqdır.
Məlumata görə, Tramp daha əvvəl İranla bağlı son tarixinin qəti olduğunu bildirmiş, Reuters isə aprelin 6-da yayılan məlumatında Vaşinqtonun bu müddəti yenidən uzatmağa meylli görünmədiyini yazmışdı.
Musavat.com