AZ

Rza Pəhləvi İran ordusuna çağırış etdi - Babəkin də adını çəkdi: “Meydana çıxın”

İranın keçmiş şahzadəsi Rza Pəhləvi silahlı qüvvələrə sərt və diqqətçəkən müraciət edib.

Musavat.com xəbər verir ki, o, çıxışında İran ordusunu tarixi sərkərdələrin – Ariobarzan, Bəhram Çubin, Surena, Babək Xürrəmi, Yaqub Leys və digərlərinin mirasçısı kimi xarakterizə edib və hərbçiləri “milli şərəfi qorumağa” çağırıb.

Pəhləvi müraciətində sual edib ki, niyə İran küçələrində fəaliyyət göstərən xarici və rejimə bağlı silahlı qruplara qarşı ordu susur. O, xüsusilə Haşdi Şəbi, Hizbullah və digər silahlı dəstələrin adını çəkərək, bu vəziyyəti “qəbuledilməz” adlandırıb.

Keçmiş şahzadə həmçinin bildirib ki, SEPAH ölkənin minlərlə vətəndaşının ölümünə səbəb olub və İranı “dağıdıcı kursa” sürükləyib. Onun sözlərinə görə, mövcud vəziyyət ölkəni məhv həddinə çatdırır.

Rza Pəhləvi hərbçilərə müraciət edərək qeyd edib ki, “tarix və gələcək nəsillər” onların bu günkü mövqeyini qiymətləndirəcək. O, İran ordusunu vətənpərvərlik andını xatırlamağa və “milli ordunun şərəfini qorumaq üçün meydana çıxmağa” çağırıb.

Musavat.com

Seçilən
36
musavat.com

1Mənbələr