AZ

Rusiya klublarının yetirmə satışından gəlirləri İngiltərənin 25 dəfə gerisində qalıb

Son 10 ildə Rusiya klubları öz yetirmələrinin satışından 171,5 milyon avro gəlir əldə edib.

90deqiqe.Az-ın Beynəlxalq İdman Araşdırmaları Mərkəzinə (CIES) istinadən məlumatına görə, bu göstərici üzrə rus komandalarının gəlirləri reytinqin lideri İngiltərəyə nisbətən 25 dəfə azdır.

CIES-in 10 il ərzində müxtəlif ölkələrin klublarının öz yetirmələrinin satışından əldə etdiyi gəlirlər üzrə siyahısı:

İngiltərə — 4,37 milyard avro

Fransa — 3 milyard avro

İspaniya — 2,28 milyard avro

Braziliya — 2,24 milyard avro

İtaliya — 1,76 milyard avro

Almaniya — 1,64 milyard avro

Portuqaliya — 1,55 milyard avro

Rusiya — 0,17 milyard avro

UEFA-nın kriteriyalarına görə, klubların yetirmələri 15-21 yaş arasında komandanın strukturlarında ən azı üç il keçirmiş bütün futbolçular sayılır.

Seçilən
16
90deqiqe.az

1Mənbələr