AZ

Mətləb Mütəllimli vəfat etdi

Sabiq deputat Mətləb Mütəllimli vəfat edib.

Musavat.com-un məlumatına görə, bu barədə onun yaxınları məlumat verib. Son vaxtlar xəstəlikdən əziyyət çəkən M.Mütəllimli 7 apreldə dünyasını dəyişib. Sabah o, Binəqədidə dəfn olunacaq.

Mərhumun 3-7 mərasimi cümə axşamı Heydər məscidində keçiriləcək.

20 may 1949-cu ildə Yardımlı rayonunun Horavar kəndində anadan olan M.Mütəllimli baş prokurorun birinci müavini vəzifəsində çalışıb. Azərbaycan Ali Sovetinin XII çağırış deputatı olan M.Mütəllimli istiqlalçı millət vəkillərindəndir. 1994-cü ilin avqust ayında Sosial Ədalət Partiyasını təsis edən eks-deputat 22 iyun 2023-cü ilədək, təşkilat ləğv edilənənə qədər SƏP-ə sədrlik edib. Ailəli idi, 3 övladı var.

Allah rəhmət eləsin!

Musavat.com

Seçilən
36
2
musavat.com

3Mənbələr