AZ

Yuxusuzluqdan əziyyət çəkənlərin nəzərinə

Yuxuya getmək üçün yatağa uzansanız da, beyniniz birdən aktivləşirsə, bu hal çox vaxt İnsomnia ilə əlaqəli olur. Mütəxəssislər bildirir ki, bu problem müasir həyat tərzi və streslə sıx bağlıdır.Metbuat.az xəbər verir ki, İnsomnia – yuxuya getməkdə çətinlik, gecə tez-tez oyanma və ya səhər erkən oyanaraq yenidən yata bilməmə kimi əlamətlərlə özünü göstərən yuxu pozuntusudur. Bu vəziyyət yalnız gecə istirahətinə deyil, gündəlik enerji səviyyəsini və psixoloji durumu da mənfi təsir göstərir. Ən çox rast gəlinən səbəblər arasında stress və narahatlıq ön plandadır. Gün ərzində yaşanan gərginlik, gələcəklə bağlı düşüncələr beynin sakitləşməsinə mane olur. Bununla yanaşı, depressiya, nizamsız yuxu rejimi, gec saatlara qədər telefon və kompüter istifadəsi də problemi dərinləşdirir.Kofein və nikotin kimi stimullaşdırıcı maddələr, həmçinin spirtli içkilər də yuxu keyfiyyətini pozur. Bəzi hallarda isə reflüks, xroniki ağrılar və ya hormonal dəyişikliklər kimi tibbi səbəblər insomnia yarada bilər.Mütəxəssislər yuxu keyfiyyətini yaxşılaşdırmaq üçün hər gün eyni saatda yatıb oyanmağı, yatmazdan əvvəl ekran istifadəsini azaltmağı və sakit, qaranlıq mühit yaratmağı tövsiyə edirlər.

Qeyd edək ki, uzun müddət davam edən yuxusuzluq diqqət dağınıqlığına, zəif immunitetə və hətta ürək-damar xəstəlikləri riskinin artmasına səbəb ola bilər. Buna görə də problem davamlı xarakter alarsa, mütəxəssisə müraciət etmək vacibdir.

Seçilən
13
metbuat.az

1Mənbələr