Azərbaycanın baş prokurorunun sabiq müavini Mətləb Mütəllimli vəfat edib.Metbuat.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə M.Mütəllimlinin qohumları məlumat veriblər. Məlumata görə, M.Mütəllimli uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib. Mətləb Mütəllimli 1995-ci ildə Milli Məclisin 1-ci çağırış deputatı olub. O, həmçinin Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Daimi Komissiyasının və Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.Qeyd edək ki, Mətləb Mütəllimli 1949-cu ildə Yardımlı rayonunda anadan olub. O, 1973-79-cu illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb.Mərhum sabah Xəzər rayonunun Binə qəsəbə qəbiristanlığında dəfn ediləcək.