Azərbaycanda qeyri-adi və olduqca nadir tibbi hadisə qeydə alınıb. Həkiminin bildirdiyinə görə, 24 yaşlı qadında eyni anda üç ayrı uşaqlıq aşkar edilib.
KONKRET.az xəbər verir ki, müayinə zamanı məlum olub ki, qadının orqanizmində üç fərqli uşaqlıq yerləşir. Onlardan biri sağ tərəfdə, biri sol tərəfdə, digəri isə ortada yerləşir. Hər üç uşaqlığın ölçüsü təxminən 42 millimetr uzunluğundadır.
Uzun illər təcrübəsi olan mütəxəssis bu halın son dərəcə nadir olduğunu vurğulayıb və bildirib ki, 40 illik həkimlik fəaliyyəti ərzində ilk dəfə belə bir vəziyyətlə qarşılaşır.
Hazırda ən vacib məsələlərdən biri bu üç uşaqlığın uşaqlıq yolu ilə necə əlaqəli olduğunun müəyyən edilməsidir. Bunun üçün pasiyent növbəti mərhələdə əlavə – MRT müayinəsindən keçiriləcək.
Həkimlər qeyd edir ki, bu cür anomaliya qadında menstruasiya dövrünə də təsir göstərə bilər. Belə ki, pasiyentin hər 9 gündən bir menstruasiya görməsi ehtimalı diqqət çəkən məqamlardandır.
Natiq Səlim,
KONKRET.az