AZ

ABŞ Bəhreyndə vətəndaşlarına xəbərdarlıq etdi: “Evdən çıxmayın”

ABŞ hökuməti Bəhreyndə yaşayan vətəndaşlarına təcili təhlükəsizlik xəbərdarlığı edib.

Musavat.com xəbər verir ki, Manamadakı səfirlik insanlara evdən çıxmamağı, təhlükəsiz yerlərdə qalmağı və pəncərələrdən uzaq durmağı tövsiyə edib.

Rəsmi açıqlamada bildirilir ki, vətəndaşlar əvvəlcədən su, ərzaq və dərman ehtiyatı toplamalıdır. Xəbərdarlıqda təhlükəsizlik risklərinin artdığı vurğulanır və ehtiyat tədbirlərinin vacibliyi qeyd olunur.

ABŞ Dövlət Departamentinin səyahətçilər üçün rəsmi hesablarında da vəziyyətlə bağlı ardıcıl xəbərdarlıqlar paylaşılır. Qeyd olunur ki, son saatlarda təhlükə ilə bağlı mesajlar demək olar ki, hər saat yenilənir.


Musavat.com

Seçilən
21
musavat.com

1Mənbələr