
Rumıniyalı mütəxəssis Mirça Luçeskunun tibbi komada olmasına baxmayaraq əməliyyat olunacağı planlaşdırılır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Fanatik” sosial mediada məlumat yayıb.
Mənbənin məlumatına görə, ürək və ağciyər funksiyasını dəstəkləmək üçün EKMO (ekstrakorporal membran oksigenləşdirmə) aparatından istifadə olunacaq. Fransadan olan kardioloqun prosedurda iştirak etməsi gözlənilir.