AZ

Qətər XİN: Eskalasiyanın qarşısı alınmasa, vəziyyət nəzarətdən çıxa bilər

Qahirə, 7 aprel, AZƏRTAC

Qətər Yaxın Şərqdə davam edən müharibə fonunda regionun “idarəolunmaz vəziyyətə” yaxınlaşdığı barədə xəbərdarlıq edib.

AZƏRTAC xəbər verir ki, bunu Qətərin Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari Dohada keçirdiyi brifinqdə bildirib: “Eskalasiyanın qarşısı alınmasa, vəziyyət nəzarətdən çıxa bilər. Tərəflər müharibəni dayandırmaq üçün təcili həll yolu tapmalıdırlar”.

O vurğulayıb ki, münaqişənin davam etməsi halında qalib tərəf olmayacaq.

Sözçü, həmçinin qeyd edib ki, Qətər Pakistan vasitəçiliyi ilə İran və ABŞ arasında aparılan danışıqları dəstəkləyir, amma bu prosesdə birbaşa vasitəçi deyil.

Bununla yanaşı, enerji obyektlərinə hücumların qəbuledilməz olduğu bildirilib və Hörmüz boğazının bağlanmasının qlobal təchizat zəncirlərinə və enerji təhlükəsizliyinə ciddi təhdid yaratdığı qeyd edilib.

Vurğulanıb ki, Hörmüz boğazı təbii su keçididir, hansısa süni yaradılmış kanal deyil. Bütün region ölkələrinin ondan sərbəst istifadə etmək haqqı var. Hörmüz boğazının istifadəsi ilə bağlı maliyyə mexanizmləri barədə danışmaqdan əvvəl onun açılması əsas məsələdir. Müharibədən sonra Hörmüz boğazı ilə bağlı hər hansı razılaşmalarda region ölkələri nəzərə alınmalıdır.

Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

 

Seçilən
12
1
azertag.az

2Mənbələr