AZ

​Bu 5 bürc yayda subaylığın daşını atacaq

Yay mövsümü yeni başlanğıclar, enerjili görüşlər və sürpriz imkanlar fəslidir. Bu dövr xüsusilə sevgi və münasibətlər sahəsində fəallığın artdığı zamandır. Bəzi bürclər üçün isə yay subaylığın sonu, romantik hekayələrin başlanğıcı ola bilər. Metbuat.az yayda subaylığın daşını atacaq 5 bürcü təqdim edir: Qoç Qoçlar yayda cəsarətlərini toplayaraq ürəklərini açacaqlar. Yeni insanlarla tanış olmaqdan qorxmurlar və bu görüşlər onların sevgi həyatını canlandıracaq. Macəraçı ruhları onları maraqlı münasibətlərə aparacaq. Qoçlar romantik sürprizlərdən də həzz alacaqlar. Xərçəng Xərçənglər duyğularını daha açıq ifadə edəcəklər. Bu yay yeni münasibətlərdə səmimiyyət və dərin bağlılıq onları gözləyir. Onların diqqətli və qayğıkeş təbiəti qarşı tərəfi tez cəlb edir. Əgər subay Xərçəngsinizsə, ürəyinizi açmaq üçün mükəmməl zamandır. Fürsəti əldən verməyin. Tərəzi Tərəzilər yayda sosial çevrələrdə ön plana çıxacaqlar. Onlar yeni dostluqlar vasitəsilə romantik imkanlarla üzləşəcəklər. Estetik və cazibədar davranışları qarşı tərəfi cəlb edəcək. Tərəzilər üçün bu dövr balansı sevgi ilə birləşdirmək üçün idealdır. Belə şans hər gün ələ düşmür. Oğlaq Oğlaqlar yayda düşünülmüş yanaşmalarını məntiqli addımlarını münasibətlərə tətbiq edəcəklər. Onlar səbrli və diqqətli olduqları üçün doğru insanı seçəcəklər. İş həyatında tanış olduqları şəxs romantik hekayəyə çevrilə bilər. Bu yay Oğlaqlar subaylığın sonuna doğru addım atacaqlar. Sevgi yolunda ayaqları büdrəməsə, onları böyük xoşbəxtlik gözləyir. Dolça

Dolçalar qışda doğulsalar da, onların bəxti yayda açılacaq. Bu yay dolçalar üçün iş həyatında və şəxsi həyatda bol uğurlar vəd edir. Subay dolçaların bəxti açılacaq. Evlənmək üçün gözəl fürsət yaranacaq. Amma gərək cəsarətli olsunlar. Xoşbəxtlik onların ovcundadır. Bu şansı əldən vermək ağılsızlıq olardı.

Seçilən
35
metbuat.az

1Mənbələr