Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Qahirə, 7 aprel, AZƏRTAC
Səudiyyə Ərəbistanı Krallığının hava hücumundan müdafiə sistemləri gün ərzində 22 pilotsuz uçuş aparatını (PUA) və 11 ballistik raketi məhv edib.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, bunu ölkənin Müdafiə Nazirliyinin sözçüsü general Türki əl-Maliki deyib.
Bildirilib ki, ballistik raketlərin dördü Şarqiyyə regionunda zərərsizləşdirilib. Zərərsizləşdirilmiş digər raketlərin mərmiləri isə enerji qurğularına dəyib. Hazırda dəymiş zərər qiymətləndirilir.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.