AZ

Torpaq sürüşməsi kəndlərlə əlaqəni kəsdiVİDEO

Güclü yağışlar Quba-Qonaqkənd yolunda torpaq sürüşməsinə səbəb olub... Təqribən 1 kilometr məsafədə dağılan yol bağlanıb...

Xezerxeber.az xəbər verir ki, Quba-Qonaqkənd yolunun 42-ci kilometrliyində torpaq sürüşməsi baş verib, 25 kəndlə nəqliyyat əlaqəsi kəsilib. Vətəndaşların çoxu yolun həmin hissəsini piyada keçməli olublar.

Hazırda ərazidə vəziyyət nəzarət altındadır. Sürüşmə sabitləşdikdən sonra sözügedən hissədə müvəqqəti yolun salınması istiqamətində işlərə başlanılacaq

Leysandan sonra baş verən sürüşmə nəticəsində elektrik təsərrüfatına da ziyan dəyib. Ərazidə bir neçə elektrik dirəyi yararsız vəziyyətə düşüb. Hazırda müvafiq qurumların əməkdaşları tərəfindən elektrik xətlərinin bərpası istiqamətində tədbirlər görülür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
12
xezerxeber.az

1Mənbələr