
Daily Mail nəşrinin məlumatına görə, Böyük Britaniyanın Kral Donanmasına məxsus HMS Dragon esminesi İranla bağlı münaqişə zonasında fəaliyyətini dayandıraraq bölgəni tərk edib.
Bildirilir ki, gəmi döyüş əməliyyatları başladıqdan bir neçə həftə sonra bölgəyə göndərilmişdi. Lakin texniki problemlər səbəbindən geri çəkilmək məcburiyyətində qalıb.
Məlumata əsasən, gəmidə su təchizatı ilə bağlı nasazlıqlar yaranıb və bu da ekipajın ərzaq təminatına təsir göstərib. Böyük Britaniyanın Müdafiə Nazirliyi əvvəlcə bu iddiaları təkzib etsə də, sonradan gəminin təmir üçün təhlükəsiz limana çəkildiyini təsdiqləyib.
Rəsmi açıqlamada qeyd olunub ki, HMS Dragon Şərqi Aralıq dənizində planlı logistika dayanacağı edir və qısa müddətli texniki xidmət keçir. Bu müddətdə gəminin sistemləri təkmilləşdiriləcək və ehtiyatları yenilənəcək. Nazirlik vurğulayıb ki, gəmi yüksək döyüş hazırlığı vəziyyətində qalır və zərurət yaranarsa, qısa müddətdə yenidən dənizə çıxa bilər.
Eyni zamanda bildirilib ki, Böyük Britaniya regionda müdafiə mövcudluğunu davam etdirir. Bu çərçivədə Eurofighter Typhoon və F-35 Lightning II qırıcıları, həmçinin Wildcat və Merlin helikopterləri və müasir hava hücumundan müdafiə sistemləri istifadə olunur.
Nəşr qeyd edir ki, Böyük Britaniya hökuməti HMS Dragon-un bölgəyə gec göndərilməsi ilə bağlı tənqidlərə məruz qalıb. Bildirilir ki, İranla münaqişə 28 fevralda başlayarkən ölkənin bölgədə iri hərbi gəmisi olmayıb.
Tənqidlər digər Avropa ölkələrinin, o cümlədən Fransa və Yunanıstanın hərbi gəmilərinin İranın cavab hücumlarından qısa müddət sonra Aralıq dənizinə çatmasından sonra daha da artıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta