”İranın ali rəhbəri Müctəba Xameneinin ictimai məkanda görünməməsi İslam Respublikasının müqavimətini yalnız gücləndirir, çünki bu, mübarizə üçün əlavə stimul verir.
Publika.az Lenta.ru-ya istinadla xəbər verir ki, bunu politoloq Georgi Asatryan deyib“.
Analitikin sözlərinə görə, bu, iranlıların hansısa dahi olduqlarına görə deyil, sadəcə gizlənmədikləri üçün baş verir.
Nəşrin həmsöhbəti qeyd edib ki, əvvəlki ali rəhbər Əli Xameneyinin qətlə yetirilməsi İranın müqavimət potensialını azaltmayıb, əksinə, yeni motivlər yaradıb.
Asatryan əlavə edib ki, İran rəhbərliyinə qarşı cəza tədbirləri yalnız hakimiyyətə ABŞ-a qarşı daha kəskin münasibət bəsləyən və güzəştə getməyə hazır olmayan daha gənc hərbçilərin və məmurların yolunu açır.