Yeniavaz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
İraqın “Kətaib Hizbullah” qruplaşması qaçırılan amerikalı jurnalist Şelli Kitlsonun azad edildiyini elan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə qruplaşmanın təhlükəsizlik zabiti Əbu Mücahid əl-Asəf ölkənin “Shafaq News” portalına məlumat verib.
Bildirilib ki, Kitlson dərhal Ərəb Respublikasını tərk etməlidir.
Əl-Asəfin verdiyi məlumata görə, Kitlsonun azad edilməsi qərarı baş nazir Məhəmməd əl-Sudaninin vətənpərvər mövqeyinə görə minnətdarlıq əlaməti olaraq verilib.
Xatırladaq ki, ABŞ vətəndaşı olan jurnalist martın 31-i Bağdadın mərkəzində, qaldığı otelin yaxınlığında qaçırılıb. Kitlson uzun müddət Bağdadda işləyib, əsasən İraq silahlı qruplarını, ABŞ-İraq münasibətlərini və regional təhlükəsizlik vəziyyətini işıqlandırıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.