AZ

Zaur Əliyev nazir müavini təyin edildi

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin keçmiş sədri Zaur Əliyev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib.

Day.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) bildirilib.

Məlumata görə, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Qeyd edək ki, ötən ay İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin səlahiyyətləri ƏƏSMN-ə həvalə edilib.

Seçilən
30
9
day.az

10Mənbələr