ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bəhreyn tərəfindən BMT Təhlükəsizlik Şurasına Hörmüz boğazı ilə bağlı təqdim olunan qətnamə səsvermə zamanı qəbul edilməyib.
Globalinfo.az xəbər verir ki, Rusiyanın KİV-lərinin yaydığı məlumata görə, sənədin lehinə 11 üzv səs versə də, Rusiya və Çin əleyhinə çıxıb.
Pakistan və Kolumbiya isə bitərəf qalıb. Daimi üzvlərin veto hüququndan istifadə etməsi səbəbindən qətnamə qüvvəyə minməyib.
Qətnamə layihəsində Hörmüzdən keçən kommersiya marşrutlarında marağı olan ölkələrə naviqasiyanın təhlükəsizliyini və boğazın açıq qalmasını təmin etmək məqsədilə müdafiə səylərini birləşdirmək çağırışı yer alıb. Sənəd həmçinin şəraitə uyğun bütün zəruri müdafiə vasitələrinin, o cümlədən gəmilərin müşayiətinin tətbiqinə icazə verilməsini nəzərdə tutur.
Eyni zamanda, layihədə İrandan ticarət gəmilərinə hücumları və sərbəst keçidə mane olan hərəkətləri dərhal dayandırmaq tələb olunur. Mətn beynəlxalq dəniz hüququ normalarına riayət edilməsinin vacibliyini də vurğulayır.
Əliyar Xəlil
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.