AZ

3 ayda 277 min manatlıq qazanc: Əmək hüquqlarını pozmuş “Pressinform” MMC-nin “qələbəsi”

Azərbaycan Respublikasının Dövlət Satınalmalarının Vahid İnternet Portalında (etendender.gov.az) apardığımız araşdırmalar zamanı məlum olub ki, mətbuat yayımı və abunə yazılışı ilə məşğul olan “Pressinform” MMC-nin 2026-cı ilin cəmi ilk rübü ərzində dövlət qurumları ilə irihəcmli müqavilələr bağlayıb.

NOCOMMENT.az xəbər verir ki, şirkətin qazandığı tenderlərin ümumi məbləği artıq 270  min manatlıq həddi xeyli keçib.

TƏHSİL SEKTORU LİDERLİK EDİR

Şirkətin ən böyük müqavilələri Elm və Təhsil Nazirliyinin regional idarələri ilə bağlanıb. Xüsusilə “Azərbaycan müəllimi” qəzetinə abunə və dövlət əhəmiyyətli nəşrlərin satınalınması üzrə bağlanan müqavilələr maliyyə həcminə görə diqqət çəkir.

Tenderlərin Hesabat Siyahısı (2026-cı ilin ilk rübü)

2026-cı ilin yanvar-aprel aylarını əhatə edən satınalma müqavilələrinin detalları aşağıdakı kimidir:

Abşeron-Xızı Regional Təhsil İdarəsi: “Azərbaycan müəllimi” qəzeti və “PREZİDENT” kitabının satınalınması — 94.300 AZN

 

Lənkəran-Astara Regional Təhsil İdarəsi: “Azərbaycan Müəllimi” qəzetinə abunə yazılışı — 58.800 AZN

 

 

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi: Dövri mətbuatın alınması və abunə xidməti — 57.200 AZN

 

Quba-Xaçmaz Regional Təhsil İdarəsi: Dövri mətbuatın alınması — 48.500 AZN

 

Azərbaycan Tibb Universiteti: 2026-cı il üzrə illik qəzet və jurnalların satın alınması — 11.482,86 AZN

 

 

Azərbaycan Dövlət Aqrar Universiteti: Dövri mətbuata abunə xidməti — 4.087,20 AZN

 

AZPROMO: Dövri mətbuata abunəlik xidmətinin satın alınması — 2.881,36 AZN

 

Kiçik kapital, böyük iddialar və HÜQUQİ PROBLEMLƏR

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Pressinform” MMC-nin nizamnamə kapitalı cəmi 5 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi isə Rəfail Hüseynov İsmayıl oğludur.

Maraqlı məqamlardan biri də şirkətin hüquqi keçmişi ilə bağlıdır. Belə ki, 2023-cü ildə şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi (əmək müqaviləsi olmadan işçilərin işə cəlb edilməsi) ilə protokol tərtib edilib. Bu isə şirkətin fəaliyyətində əmək hüquqlarının pozulması faktının qeydə alındığını və şirkətin ciddi cərimə sanksiyası ilə üzləşdiyini göstərir.

Ümumi maliyyə göstəricisi

Bununla da məlum olur ki, “Pressinform” MMC 2026-cı ilin ilk rübündə qeyd olunan müqavilələr üzrə ümumilikdə 277.251,42 AZN (iki yüz yetmiş yeddi min iki yüz əlli bir manat qırx iki qəpik) məbləğində vəsait əldə edib.

Minimal nizamnamə kapitalı və əmək qanunvericiliyi sahəsindəki  keçmişi” fonunda şirkətin dövlət satınalmalarında bu dərəcədə aktiv və uğurlu iştirakı diqqətimizdən yayınmaya bilməzdi./32gun.az/

Seçilən
33
nocomment.az

1Mənbələr