AZ

Azərbaycanda dəmiryol vağzalları ilə bağlı yeni qaydalar təsdiqləndi

Bakı. Trend:

Azərbaycanda dəmiryol vağzallarının layihələndirmə normalarıməlum olub.

Trend-inməlumatına görə, yeni normalarda vağzallardakı sanitar qovşaqlaradair tələblər də yer alıb.

Belə ki, tualetlər bilavasitə vestibülə, əməliyyat, paylayıcı,kassa, gözləmə, birləşmiş sərnişin zallarına birbaşa çıxışı olmadankişi və qadınlar üçün ayrı-ayrı layihələndirilməlidir.

Qadın tualetlərində sanitar cihazlarının (unitazların) sayı kişitualetlərindəki sanitar cihazlarının (unitazların və pisuarların)sayından az olmamalıdır.

Böyük vağzallarda qadın tualetlərinin tərkibində birdən azolmamaqla qadınların şəxsi gigiyenası üçün otaqlar nəzərdətutulmalıdır.

Bilet kassalarının işi ilə bağlı olan xidməti, eləcə də məişətotaqları (kassirlərin istirahət, duş, tualet otaqları və başkassirin otağı) bilet kassaları ilə eyni blokda yerləşdirilməlidir.Bilet kassalarının sayı 6-ya (daxil olmaqla) qədər olan kiçik vəorta vağzallarda istirahət yerlərinin, yemək və üst geyimləri üçünqarderobların sahəsi 12 kvadratmetrdən az olmayan yardımçı otaqdabir yerdə olmasına yol verilir. Qadınların gigiyenası üçün nəzərdətutulmuş ayrıca otaq əvəzinə sanitariya qovşağında gigiyenik duştəchiz edilməlidir.

Seçilən
32
1
az.trend.az

2Mənbələr