AZ

Razılaşma iflasa doğru: ABŞ–İran danışıqları dalana dirəndi

ABŞ və İran arasında aparılan danışıqların nəticəsiz qalmaq ehtimalı artır.

Musavat.com xəbər verir ki, Yaxın Şərq diplomatik mənbələrinin MS NOW kanalına verdiyi məlumata görə, tərəflərin son tarixə qədər razılığa gəlməsi ehtimalı olduqca aşağı qiymətləndirilir.

Mənbələr bildirir ki, danışıqlar prosesində fikir ayrılıqları gözləniləndən daha dərin və mürəkkəbdir. Xüsusilə əsas məsələlər üzrə tərəflər arasında ciddi ziddiyyətlər qalır ki, bu da ümumi razılaşmanı çətinləşdirir.

Diplomatların sözlərinə görə, mövcud danışıqlar daha çox formal xarakter daşıyır və real nəticə əldə etmək ehtimalı zəifdir. Bu isə regionda gərginliyin azalma perspektivlərini sual altına salır.

Musavat.com

Seçilən
37
musavat.com

1Mənbələr