AZ

İran mövzusu BBC-ni qarışdırdı: gizli dəyişiklik

İranla bağlı ABŞ-İsrail hücumları fonunda BBC-də yayımlanan bir material sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.

Musavat.com xəbər verir ki, qalmaqal BBC-nin İran üzrə materialında “Radin” adlı Tehran sakininə aid edilən sitatın sonradan izahsız şəkildə dəyişdirilməsi ilə bağlıdır.

Açıq görünən axtarış nəticələrinə və materialın güzgü nüsxələrinə əsasən, daha erkən versiyada həmin şəxsin guya “enerji infrastrukturuna zərbə, atom bombası tətbiqi və ya İranın tamamilə dağıdılması” kimi variantları “qəbul edilən” saydığı göstərilib. Daha sonrakı versiyada isə bu hissə çıxarılıb və sitat daha yumşaq formada — “ölkədaxili hədəflərə zərbələr İslam Respublikasının süqutuna gətirərsə, bunu qəbul edə bilərəm” məzmununda verilib.

BBC News-un X paylaşımında da həmin materialın daha sonrakı, qısaldılmış variantına keçid verildiyi görünür. Eyni zamanda TRT World də bu dəyişiklikdən sonra BBC-nin qərəzlilik ittihamları ilə üzləşdiyini yazıb.

Musavat.com

Seçilən
26
1
musavat.com

2Mənbələr