Tibb elmləri doktoru Oksana Paseçnik bildirib ki, bir neçə sadə qaydaya əməl etməklə xərçəng və diabet kimi ciddi xəstəliklərin riskini azaltmaq mümkündür.
Redaktor.az xəbər verir ki, o, bu barədə aif.ru-ya müsahibəsində danışıb.
Mütəxəssis qeyd edib ki, sağlamlığa diqqət sadə dəyişikliklərdən başlamalıdır. Onun sözlərinə görə, nahar və şam yeməklərində boşqabın yarısını tərəvəzlər təşkil etməlidir. Şirniyyatların isə tədricən daha faydalı alternativlərlə əvəz olunması tövsiyə edilir. Bundan əlavə, təhlükəli xəstəliklərin qarşısını almaq üçün rasionda emal olunmuş ət məhsullarının miqdarını azaltmaq və dərini günəşdən qorumaq vacibdir.
Həkim həmçinin vurğulayıb ki, fiziki aktivlik və düzgün yuxu rejimi sağlamlıq üçün mühüm rol oynayır. O, hər gün ən azı 30 dəqiqə hərəkət etməyi və imkan olduqda liftdən istifadə əvəzinə pilləkənlə qalxmağı məsləhət görüb.
Aytəkin TOFİQQIZI