Minsk. Trend
Azərbaycan bizim əsas tərəfdaşlarımızdan biridir.
Bunu Trend-əBelarus Respublikasının sənaye naziri Andrey Kuznetsovbildirib.
Onun sözlərinə görə, Minsk Avtomobil Zavodunun şassisi əsasındaGəncə Avtomobil Zavodunda yeni kommunal texnikanın (100 ədəd)yığılması ilə bağlı sazişin imzalanması – ölkələr arasındaqarşılıqlı faydalı əməkdaşlığın növbəti addımıdır.
"Belarus texnikası Azərbaycan bazarında yaxşı nəticələrgöstərib. İndi 100 maşın komplektinin təchizatı üzrə müqaviləimzalanıb, bunlardan biz birgə olaraq Azərbaycanın ehtiyacları üçünkommunal maşınlar istehsal edəcəyik. Bu, qarşılıqlı faydalıəməkdaşlığın daha da inkişafı üçün növbəti addımdır", – deyə nazirbildirib.
"Son üç ildə ticarət dövriyyəmizi ikiqat artırmışıq və birgəmüəssisələr yaradaraq qarşılıqlı faydalı ikitərəfli əlaqələrimiziinkişaf etdirəcəyik. Azərbaycanla münasibətlərimiz uğurla inkişafedir. Minsk Traktor Zavodu ilə yaxşı göstəricilərimiz var və MinskAvtomobil Zavodu ilə əməkdaşlıq da davam edir", – nazir əlavəedib.
Gəncə Avtomobil Zavodu və MAZ arasında əməkdaşlıq çərçivəsindəistehsal olunan kommunal texnika müasir avadanlıqla təchiz edilibvə bu avadanlıqlar Gəncədə hazırlanıb və yığılmaqdadır. Bu texnika,ölkə ərazisindəki şəhər infrastrukturunun xidmət göstərilməsiməqsədilə istifadə olunacaq. Bu layihə, ölkənin kommunal parkınınyenilənməsinə kömək edir.
Qeyd edək ki, bu gün Minskdə Azərbaycan Respublikası MilliMəclisinin deputatı, Gəncə Avtomobil Zavodu İstehsalat BirliyiMüşahidə Şurasının sədri Xanlar Fətiyev və MAZ ASC-nin başdirektoru Valeri İvankoviç arasında saziş imzalanıb.
Saziş, Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycanadövlət səfəri zamanı Prezident İlham Əliyev və Prezident AleksandrLukaşenko tərəfindən verilmiş tapşırıqların icrası çərçivəsindəimzalanıb.