"Zirə" Misli Premyer Liqasının XXVI turunda "Şamaxı"ya qarşı böyükhesabla qalib gələ biləcəyi matçda bərabərə qalıb.
"Far.Az" xəbər verir ki, bunu "qartallar"ın məşqçisi Vüqar Məmməd sözügedən oyundan sonra keçirilən mətbuat konfransında deyib.
O, 1:1 hesabı ilə başa çatan qarşılaşmanı şərh edib:
"Komandamız oyun boyu çoxsaylı təhlükəli epizodlar yaradaraq rəqib üzərində aşkar üstünlük qurmuşdu. Demək olar ki, 90 dəqiqə təşəbbüs bizim tərəfimizdə idi. Buna baxmayaraq, hesabda bunu əks etdirə bilmədik. Əslində, 4-5 top fərqi ilə qalib gələ biləcəyimiz qarşılaşma sonda heç-heçə ilə yekunlaşdı. Üstün oyun sərgiləsək də, nəticə istədiyimiz kimi olmadı".