İranın məhkəmə hakimiyyətinin rəhbəri Qulamhüseyn Möhsün-Ejei məhkəmələri ABŞ və İsraillə münaqişə ilə bağlı işlərdə ölüm hökmlərinin çıxarılmasını sürətləndirməyə çağırıb.
"Far.Az" "The Times of Israel" qəzetinə istinadən xəbər verir ki, o, bu barədə yüksək rütbəli məhkəmə məmurlarının müşavirəsində bildirib.
"Siz edam və əmlakın müsadirə edilməsi ilə bağlı hökmlərin çıxarılmasını sürətləndirməlisiniz", - Ejei deyib.
Qəzet qeyd edir ki, fevralın 28-də ABŞ və İsrailin birgə əməliyyatı başlayandan bəri İran hakimiyyəti yanvar etirazları, eləcə də "müharibə zamanı düşmənə yardım etmə" ilə bağlı işlər çərçivəsində 7 nəfəri edam edib. Qəzetin məlumatına görə, daha onlarla insan barəsində ölüm hökmünün çıxarılması gözlənilir.