AZ

Turan Tovuz qələbəni niyə əldən verdi? Baş məşqçidən AÇIQLAMA

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Demək olar ki, heç nədən qol buraxdıq".

Oxu.Az xəbər verir ki, bunu Misli Premyer Liqasının XXVI turunda keçirilən "İmişli" - "Turan Tovuz" oyunundan sonra Tovuz təmsilçisinin baş məşqçisi Kurban Berdıyev deyib.

O, çox vacib xallar itirdiklərini bildirib:

"Birinci hissədə çox pis oynadıq. İlk yarının son dəqiqələrində demək olar ki, heç nədən qol buraxdıq. İkinci hissədə bir qədər aktivliyimizi artırdıq. Amma ikinci qolu vurmaq üçün bəzi şeylər çatmadı. Təəssüflər olsun ki, çox vacib xallar itirdik".

Xatırladaq ki, Quba Olimpiya İdman Kompleksinin stadionunda gerçəkləşən qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
oxu.az

1Mənbələr