AZ

İranın sülh planında Hörmüz boğazı barədə şərti bəlli olub

ain.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Plan Hörmüz boğazından keçən gəmilərə 2 milyon dollar rüsum tətbiq etməyi nəzərdə tutur

İranın müharibəyə son qoymaq üçün təklif etdiyi plan Hörmüz boğazından keçən gəmilərə 2 milyon dollar rüsum tətbiq etməyi nəzərdə tutur. AYNA.AZ xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti adı açıqlanmayan İran rəsmilərinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, 10 maddəlik plan ABŞ və İsrailin İrana qarşı gələcək hücumlardan çəkinməsini nəzərdə tutur.

Həmçinin İsrailin Livandakı “Hizbullah” mövqelərinə zərbə endirməkdən çəkinməsini və bütün sanksiyaları ləğv etməsini nəzərdə tutur. Bunun müqabilində İran Hörmüz boğazında gəmiçiliyin qarşısını almağı dayandıracaq və hər gəmi üçün təxminən 2 milyon dollar rüsum almağa başlayacaq. Tehran həmçinin bu vəsaiti boğazın o tayında yerləşən Omanla bölüşmək niyyətindədir. İran əldə etdiyi gəlirdən öz payını İsrail və ABŞ-ın zərbələri nəticəsində dağıdılmış infrastrukturu bərpa etmək üçün istifadə edəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
3
ayna.az

4Mənbələr