AZ

Zirə nin məşqçisi: Bizim günümüz deyildi

ain.az, Sportal.az saytına istinadən bildirir.

"Zirə" Misli Premyer Liqasının 26-cı turunda doğma meydanda "Şamaxı" ilə 1:1 hesablı heç-heçə edib.

Sportal.az xəbər verir ki, "qartallar"ın məşqçisi Vüqar Məmməd matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Komandamız çoxsaylı epizodlarla üstünlük nümayiş etdirirdi. 90 dəqiqə üstünlüyümüz var idi. 4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik. Sonda bərabərlik oldu. Böyük üstünlük bizim tərəfimizdə idi. 

- "Neftçi" ilə xal fərqiniz 3-ə düşdü. Bu haqda fikriniz necədir?

- Biz oyundan-oyuna hazırlaşırıq, hər matça maksimum köklənirik. Yuxarı pillələrdə yer tutmaq istəyirik. Futboldur, hər şey ola bilər.

- Penaltini Ruan Renato vurdu. Bəs Qismət Alıyev deyildi əsas penalti vuran?

- Qismət və Ruan vurur. Son vaxtlarda Ruan vururdu. Yenə də o yaxınlaşdı. Penalti lotereyadır. Əlimizə düşən epizodları vura bilmədik. Demək olar ki, bizim günümüz deyildi.

Mirbağırağa

saytlarin hazirlanmasi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
2
sportal.az

4Mənbələr