AZ

Səhhətinə görə konserti təxirə düşdü

Dünya şöhrətli müğənni Ledi Qaqa sosial şəbəkədə etdiyi paylaşımda Kanadada planlaşdırılan konsertini ləğv edib.

"Unikal" xəbər verir ki, ifaçı 7 aprel tarixində Montreal şəhərində səhnəyə çıxmalı idi. Lakin o, səhhətində yaranan problem səbəbilə çıxışını təxirə salmaq məcburiyyətində qalıb.

Bildirilib ki, müğənniyə tənəffüs yolu infeksiyası diaqnozu qoyulub. Həkimlər ona vəziyyətinin pisləşməməsi üçün yaxın günlərdə səhnəyə çıxmamağı tövsiyə ediblər.

Seçilən
51
2
unikal.az

3Mənbələr