AZ

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının birgə iclası keçirilib

BAKI, 7 aprel. TELEQRAF

7 aprel tarixində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasda ölkədə neft-qaz və neft-kimya sənayesinin strateji inkişafı müzakirə olunub.

Teleqraf xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, o cümlədən, neft emalı və neft-kimya ilə bağlı strateji məqsədlər, gələcək inkişaf perspektivləri, uzunmüddətli dövrə neft məhsullarına ölkə daxili tələbatın dayanıqlı təmin olunması və digər cari məsələlər də ətraflı müzakirə olunub.

Gündəlikdə olan məsələ ilə bağlı SOCAR-ın prezidenti Rövşən Nəcəf təqdimatla çıxış edib. İclasda İqtisadi Şuranın və AİH-in Müşahidə Şurasının üzvləri və dəvət olunanlar AİH-nin İdarə Heyətinin sədri və Baş icraçı direktoru iştirak ediblər.

İclasın yekununda müvafiq qərarlar qəbul olunaraq AİH-in İdarə Heyətinə, SOCAR və aidiyyəti qurumlara tapşırıqlar verilib.

Seçilən
2
19
teleqraf.com

10Mənbələr