Bakı. Trend:
Trend Beynəlxalq İnformasiya Agentliyi Azərbaycanın enerjisektorunda 2026-cı ilin I rübündə baş vermiş əsas hadisələrinicmalını təqdim edir.
Qaz sektoru
4 yanvar tarixində Azərbaycan və Türkiyə arasında 33 milyardkubmetr təbii qazın tədarükünə dair yeni saziş imzalanıb.
Azərbaycan 2026-cı il üzrə neft və qaz yataqlarından əldəolunacaq gəlirlərə dair proqnozlarını təqdim edib. 2026-cı ildəkarbohidrogenlərin satışından xalis daxilolmaların 5,03 milyard ABŞdolları (8,551 milyard manat) təşkil edəcəyi gözlənilir. 2026-cı ilüzrə proqnoz göstəricisi 2024-cü ilin faktiki daxilolmalarından2,910 milyard manat və ya 25,4% az, 2025-ci ilin proqnozgöstəricisindən isə 1,246 milyard manat və ya 12,7% aşağıdır.
Hesablama Palatası Azərbaycanın 2026-cı ildə neft və qaztranzitindən əldə edəcəyi gəlirlərə dair proqnozu açıqlayıb. Beləki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (SOFAZ) 2026-cı ilbüdcəsində ölkə ərazisindən neft və qazın tranzitindən əldə olunangəlirlərin 2,2 min ABŞ dolları və ya 3,7 min manat səviyyəsindəolacağı proqnozlaşdırılır ki, bu da manat ifadəsində 2024-cü ilinfaktiki icrasından 0,5 milyon manat az, 2025-ci il üzrə təsdiqolunmuş proqnozdan 25,4 milyon manat aşağıdır və 2025-ci il üzrəgözlənilən daxilolmalarla təxminən eyni səviyyədədir.
20 yanvar tarixində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR)prezidenti Rövşən Nəcəf və Abu-Dabi Milli Neft Şirkətinin “ADNOCGroup”un “Upstream” bölməsinin baş icraçı direktoru Musabbeh AlKaabi “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsinimüzakirə ediblər.
19 fevral tarixində Xəzər dənizində “Azəri-Çıraq-Günəşli” (AÇG)neft yatağının və “Şahdəniz” qaz-kondensat yatağının operatoru olanbp şirkəti SOCAR AQS və ABŞ-nin “Helmerich & Payne” (H&P)şirkətlərinin birgə müəssisəsi olan “Turan Drilling & EngineeringCompany” LLC ilə platforma qazma qurğularının istismarı və texnikixidmətinə dair müqavilənin uzadıldığını elan edib.
3 mart tarixində Bakıda Cənub Qaz Dəhlizi və “yaşıl enerji" üzrəMəşvərət Şuralarının iclasları keçirilib.
İclas çərçivəsində Azərbaycan Respublikasının EnergetikaNazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri üzrə DövlətAgentliyi ilə Xorvatiyanın “Energia Naturalis d.o.o.” şirkətiarasında bərpa olunan enerji sahəsində əməkdaşlığa dair AnlaşmaMemorandumu imzalanıb.
5 mart tarixində SOCAR, tərəfdaşı “Asarel Group” ilə birlikdəBolqarıstanın Panagyurişte şəhərində qazpaylayıcı şəbəkənintikintisi layihəsi üzrə ilkin mühəndis layihələndirilməsi və layihəsənədlərinin hazırlanmasını (Front End Engineering Design – FEED)başa çatdırıb.
Dövlət Statistika Komitəsinin son məlumatlarına görə, cari ilinyanvar-fevral aylarında Azərbaycan 1,285 milyard ABŞ dollarıdəyərində 4,381 milyard kubmetr təbii qaz (qaz halında) ixracedib.
“Abşeron” yatağında təbii qaz hasilatına başlanma tarixiaçıqlanıb. Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Abşeron”yatağının tam işlənməsi çərçivəsində ilk təbii qazın hasilatına 1sentyabr 2029-cu ildə başlanması nəzərdə tutulur.
Cari ilin yanvar-fevral aylarında Azərbaycanda 8,187 milyardkubmetr təbii qaz hasil edilib.
Neft sektoru
8 yanvar tarixində SOCAR və Fransanın “TotalEnergies” şirkəti“Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsini müzakirəediblər.
9 yanvar tarixində Azərbaycandan Ermənistana ümumilikdə 2698 tonyük (48 vaqon) göndərilib – 1742 ton Aİ-95 markalı benzin və 956ton dizel yanacağı.
Həmin gün bp şirkəti Xəzər dənizində, “Dərin Sulu Günəşli”(Deepwater Gunashli) yatağında quyularda yüngül müdaxiləəməliyyatlarının aparılması üçün ilk gəminin (Light WellIntervention Vessel – LWIV) ayrılmasına hazırlıq gördüyünü elanedib.
11 yanvar tarixində Azərbaycandan Ermənistana 979 ton Aİ-92markalı avtomobil benzini yüklənmiş 18 vaqondan ibarət qatargöndərilib.
Azərbaycan “Azəri-Çıraq-Günəşli” üzrə 2026-cı il üçün hasilatproqnozunu açıqlayıb. Belə ki, 2026-cı ildə bu yataq üzrə nefthasilatının 120,1 milyon barel səviyyəsində olacağı gözlənilir ki,bu da 2025-ci ilin göstəricisindən (123 milyon barel) 3 milyonbarel azdır.
2026-cı ildə “Azəri-Çıraq-Günəşli” yatağından əldə olunacaqgəlirlər də proqnozlaşdırılıb. Azərbaycan Dövlət Neft Fondunun(SOFAZ) bu yataqdan gəlirləri 2026-cı ildə 4,236 milyard ABŞdolları səviyyəsində gözlənilir.
12 yanvar tarixində SOCAR “Quality & Document Management System”(QDMS) platformasını istifadəyə verib.
SOFAZ-ın İtaliyadakı investisiya portfelinin bazar dəyəriaçıqlanıb. Hazırda bu portfelin bazar dəyəri 2,8 milyard ABŞdolları təşkil edir.
13 yanvar tarixində “China National Chemical Engineering Co.,Ltd.” (CNCEC) şirkətinin baş ofisində keçirilən görüşdə CNCEC-insədri Mo Dinhe, “SOCAR Türkiye”nin neft emalı və neft-kimya biznesistiqamətinin rəhbəri, həmçinin “Petkim”in baş direktoru KənanMirzəyev ilə müzakirələr zamanı bildirib ki, şirkət SOCAR iləəməkdaşlığı, o cümlədən beynəlxalq bazarlara çıxış sahəsindədərinləşdirməyə hazırdır. O, enerji və kimya sahələrindəuzunmüddətli strateji əməkdaşlığın, eləcə də regional iqtisadiinkişafın birgə təşviqinin vacibliyini vurğulayıb.
SOCAR Kulevi terminalında 2026-cı il üzrə iş planını açıqlayıb.Belə ki, 2026-cı ildə bu terminalda yeni rezervuar parkınıntikintisinə başlanması və işlərin 2027-ci ilin ortalarınadək başaçatdırılması planlaşdırılır.
16 yanvar tarixində SOCAR Azərbaycan qazının Avstriya vəAlmaniyaya tədarükünə başlayıb.
20 yanvar 2026-cı il tarixində SOFAZ dünyanın ən böyükaktivlərin idarə edilməsi şirkəti “BlackRock” və onun törəmə qurumu“Global Infrastructure Partners” (GIP) ilə strateji əməkdaşlıqhaqqında protokol imzalayıb. Sənəd çərçivəsində infrastruktur vərəqəmsal layihələrə 1,5 milyard ABŞ dollarınadək investisiyanəzərdə tutulur.
Həmin gün SOCAR Carbamide zavodu Dünya İqtisadi Forumunun (WEF)nüfuzlu “Global Lighthouse” şəbəkəsinə qəbul edilib və forumun“Digital Lighthouse” mükafatına layiq görülüb.
Eyni zamanda SOCAR ilə “Planet Labs PBC” şirkəti arasındaqabaqcıl peyk təsvirləri və geospatial analitikadan ətraf mühitinmonitorinqi üçün istifadə imkanları müzakirə olunub.
22 yanvar tarixində SOCAR İtaliyanın Eni S.p.A. şirkəti iləKot-d’İvuarda yerləşən “Baleine” neft-qaz yatağının işlənməsilayihəsində 10 faiz iştirak payının əldə olunmasına dair sazişimzalayıb.
26 yanvar tarixində SOCAR-ın qazma tresti “Qərbi Abşeron”yatağında növbəti quyunun qazılmasını başa çatdırıb.
28 yanvar tarixində Ərəb Enerji Fondu və Azərbaycan Dövlət NeftFondu (SOFAZ) CVC DIF şirkəti ilə birgə investisiya mexanizminəsərmayə qoyuluşu üçün tərəfdaşlıq elan ediblər. Bu mexanizm DIF VIIfondu ilə paralel investisiyalar həyata keçirir. Qeyd edək ki,sözügedən fond daha əvvəl BƏƏ-də mərkəzləşdirilmiş soyutmaxidmətləri sahəsində aparıcı operatorlardan biri olan “PAL CoolingHolding” şirkətinin 50 faiz payını əldə edib.
Həmin gün SOCAR ilə Çinin CITIC Construction Co., Ltd. şirkətiarasında əməkdaşlığa dair çərçivə sazişi imzalanıb.
SOCAR əlavə məsafədən nəzarət metodlarının, o cümlədən dronlarıntətbiqini, həmçinin digər aktivlərin qiymətləndirilməsi üçünməlumatların modelləşdirilməsindən istifadə imkanlarını nəzərdənkeçirir.
Azərbaycanda Heydər Əliyev adına Neft Emalı Zavodunda 2026-cıildə 1,4 milyon ton “Euro-5” standartlı benzin və 2,3 milyon tondizel yanacağının istehsalı planlaşdırılır.
2026-cı ildə Azərbaycanda “Azəri-Çıraq-Günəşli” blokunun “ŞərqiAzəri” platformasında yeni çoxşaxəli quyunun qazılmasıplanlaşdırılır.
6 fevral tarixində Avropa Komissiyası Aİ-nin birləşmələrhaqqında qaydalarına uyğun olaraq S”OCAR Turkey Enerji A.Ş.”(STEAS) və “Terminal Investment Switzerland Sàrl” (TISS)tərəfindən” SOCAR Aliağa Liman İşletmeciliği A.Ş.” (“SOCARTerminal”) üzərində birgə nəzarətin əldə olunmasını təsdiqləyib.TISS şirkəti MSC Mediterranean Shipping Company Holding S.A.(İsveçrə) və “BlackRock, Inc.” (ABŞ) tərəfindən birgə idarəolunur.
19 fevral tarixində SOCAR ilə “Gran Tierra Energy” Inc. şirkətiarasında Azərbaycanın Quba-Xəzəryanı regionunda yerləşənperspektivli quru sahə üzrə kəşfiyyat, işlənmə və hasilatın paybölgüsü haqqında saziş imzalanıb.
25 fevral tarixində SOCAR və “Samsung E&A Co., Ltd.”arasında anlaşma memorandumu imzalanıb. Sənəd enerji aktivlərininsəmərəliliyinin artırılması, istehsalın lokallaşdırılması, regionalsənaye mərkəzinin yaradılması, insan kapitalının inkişafı vədekarbonizasiya sahələrində əməkdaşlıq imkanlarının öyrənilməsininəzərdə tutur.
27 fevral tarixində SOCAR və bp Xəzər hövzəsində seysmik və quyutədqiqatları sahəsində əməkdaşlıq haqqında saziş imzalayıb.
Azərbaycan qeyri-ənənəvi neft və qaz ehtiyatlarının işlənməsinəbaşlayır. Bunu SOCAR-ın prezidenti Rövşən Nəcəf ABŞ–AzərbaycanTicarət Palatasının 30 illiyinə həsr olunmuş ABŞ–Azərbaycanticarət-biznes konfransında bildirib. O qeyd edib ki, Xəzərdənizində böyük ehtiyatların mövcudluğu səbəbindən bu istiqamətəvvəllər prioritet olmayıb.
11 mart tarixində ABŞ Enerji İnformasiya İdarəsi (EIA)Azərbaycanın 2026–2027-ci illər üzrə neft hasilatı proqnozunutəqdim edib. Hesabata əsasən, Azərbaycanda neft və digər mayekarbohidrogenlərin hasilatı həm 2026, həm də 2027-ci illərdəsutkada orta hesabla 540 min bareldən çox olacaq.
Proqnoza görə, bu göstərici 2025-ci ildəki 570 min bareldən çoxsəviyyə ilə müqayisədə azalma deməkdir.
EIA-nın qiymətləndirməsinə əsasən, 2026-cı ildə hasilat birincirübdə gündəlik orta hesabla 550 min bareldən çox, ikinci rübdə 540min bareldən çox, üçüncü və dördüncü rüblərdə isə 530 min bareldənçox olacaq.
Oxşar dinamika 2027-ci il üçün də proqnozlaşdırılır: birincirübdə 550 min bareldən çox, ikinci rübdə 540 min bareldən çox,üçüncü və dördüncü rüblərdə isə 530 min bareldən çox.
Dövlət Gömrük Komitəsinin son məlumatlarına əsasən, cari ilinyanvar-fevral aylarında Azərbaycandan 1,704 milyard ABŞ dollarıdəyərində 3,6 milyon ton xam neft və bitumlu süxurlardan əldəolunan neft məhsulları ixrac edilib.
Cari ilin yanvar-fevral aylarında Bakı–Tbilisi–Ceyhan (BTC) neftkəməri ilə 4,055 milyon ton tranzit neft nəql olunub.
Həmin dövrdə Bakı–Tbilisi–Ərzurum qaz kəməri ilə 3 milyard 682milyon kubmetr qaz nəql edilib.
“Yaşıl İqtisadiyyat"
Yavnarın 7-də Xızı-Abşreon Külək Elektrik Stansiyasınıntikintisi uğurla başa çatdırılıb.
Yanvarın 13-də mühəndislik konsaltinqi, təftiş vəsertifikatlaşdırma sahəsində fəaliyyət göstərən qlobal RINA qrupuvə limanlar, terminallar və logistika üzrə qabaqcıl konsaltinqşirkəti, dayanıqlı rəqəmsallaşma və intermodal dəmir yoluəməliyyatları üzrə güclü ekspertizaya malik HPC Hamburg PortConsulting, ATƏT-in “Xəzər regionunda "yaşıl limanlar"ın inkişafınavə əlaqəliliyin gücləndirilməsinə dəstək” layihəsi çərçivəsindəbeşillik müqavilə əldə ediblər.
Azərbaycanın Göygöl rayonu ərazisində yeni yarımstansiyatikiləcək. “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin məlumatına görə,layihə çərçivəsində gücü 2×40 MVA, gərginliyi 110/35/10 kV olanyarımstansiyanın və idarəetmə mərkəzinin tikintisi, avadanlıqlarınquraşdırılması, “Daşkəsən 1–2” hava xəttindən yeni yarımstansiyayaqədər uzunluğu 11,5 kilometr olan 110 kV-luq iki zəncirli havaelektrik ötürmə xəttinin çəkilməsi, həmçinin mövcud elektrik ötürməxətlərinin əsaslı təmiri nəzərdə tutulur.
Yanvarın 19-da “Green Corridor Union” MMC-nin baş direktoruTural Əliyev ilə Asiya İnkişaf Bankının (AİB) nümayəndələri NanaQurqenidze və Altınay Arapova arasında ilk görüş keçirilib.
Yanvarın 20-də SOCAR şirkəti “Honeywell” şirkəti ilə dayanıqlıinkişaf, bərpa olunan enerji, insan kapitalının inkişafı vəqarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsiaparıb.
İtaliyanın CESI şirkəti yanvarın 15-dən Transxəzər "yaşıl enerjidəhlizi"nin texniki-iqtisadi əsaslandırmasının (TİƏ) hazırlanmasınabaşlayıb.
“WindEurope” təşkilatı Azərbaycanın külək enerjisi potensialınıngenişləndirilməsinə dəstək göstərəcək. Bunu Avropa külək enerjisisənayesi assosiasiyası “WindEurope”un sənaye məsələləri üzrədirektoru Fil Koul bildirib. Onun sözlərinə görə, 2024-cü ilinmartında “WindEurope” ilə Azərbaycan Bərpa Olunan Enerji Mənbələriüzrə Dövlət Agentliyi arasında qarşılıqlı anlaşma memorandumununimzalanmasından sonra təşkilat qabaqcıl təcrübələrin mübadiləsi vəmümkün risklərin təhlili, quruda və dənizdə (offşor) küləkenerjisinin inkişafı üzrə məsləhətlərin verilməsi, həmçinin Avropaelektrik enerjisinin alqı-satqısı müqavilələri (PPA) bazarı üzrətəcrübənin ötürülməsi vasitəsilə Azərbaycana dəstək göstərəcək. Bubazaya gələcəkdə sistemlərarası enerji dəhlizi əsaslanacaq.
Onun sözlərinə görə, “WindEurope” layihənin irəlilədilməsiməqsədilə Azərbaycan və Aİ-də siyasətçilər, tənzimləyicilər vəpotensial elektrik enerjisi alıcıları arasında əlaqələrinqurulmasına dəstək verməyə davam edəcək.
Yanvarın 29-da Azərbaycanda “Zəngəzur” elektrik ötürmə xəttininçəkilməsinə başlanılıb.
Fevralın 2-də Azərbaycan, Qazaxıstan və Özbəkistanın energetikanazirliklərinin müavinləri, birgə müəssisənin nümayəndələri, CESIS.p.A şirkəti, Asiya İnkişaf Bankı (AİB), eləcə də üç ölkəninelektroenergetika şirkətlərinin iştirakı ilə “Mərkəzi Asiya –Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadiəsaslandırmasının hazırlanmasına həsr olunmuş ilk onlayn iclaskeçirilib. Görüş zamanı Azərbaycanın energetika nazirinin müaviniOrxan Zeynalov qeyd edib ki, layihə ölkələr arasında enerjiəlaqələrinin möhkəmlənməsinə və strateji əməkdaşlığın daha dadərinləşməsinə töhfə verəcək.
Qazaxıstan və Özbəkistan nümayəndələri təşəbbüsün regionalenerji inteqrasiyası və aşağı karbonlu iqtisadiyyata keçidbaxımından strateji əhəmiyyətini vurğulayıblar.
Tərəflər TİƏ-nin ilkin hazırlıq mərhələsini müzakirə edib,sənədin İtaliyanın “CESI S.p.A” şirkəti tərəfindən Türkiyənin EPRAvə Böyük Britaniyanın JURU şirkətləri ilə birgə hazırlanacağınıqeyd edərək növbəti addımlar barədə razılığa gəliblər.
“Astara” modul elektrik stansiyasında istismara verildiyivaxtdan bu günədək 2,2 milyard kilovat-saat elektrik enerjisiistehsal olunub.
Fevralın 10-da Azərbaycan “yaşıl enerji" tarixində ilk dəfəkarbon kreditləri əldə edib.
Fevralın 11-də bp şirkəti “Shafag Jabrayil Solar Limited” (SJSL)şirkətindəki 10 faiz payını “MVM Energetika Zrt.” (MVM) şirkətinəsatdığını elan edib.
Fevralın 24-də Azərbaycanın energetika nazirinin müavini ElnurSoltanov bildirib ki, “Mərkəzi Asiya – Azərbaycan Yaşıl EnerjiDəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırmasınınhazırlanması üçün İtaliyanın CESI şirkəti məsləhətçi kimi seçilib.Onun sözlərinə görə, bu məsləhətçinin cəlb edilməsi ilə ilkintədqiqatların 11 ay ərzində aparılması planlaşdırılır və bu daTİƏ-nin 2027-ci ilin əvvəlində tamamlanmasının mümkün olduğunugöstərir.
Fevralın 24-də Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB)Azərbaycandakı nümayəndəsi Real Hacıyev Bakıda keçirilən“Azərbaycanda su təhlükəsizliyi: tənzimləmə, risklər vəməsuliyyətli biznes fəaliyyəti” mövzusunda dəyirmi masada bildiribki, AYİB Bakı və Abşeron yarımadasının su infrastrukturunun bərpasılayihəsi üzrə texniki-iqtisadi əsaslandırmaya yaxın vaxtlardabaşlamağı planlaşdırır.
Onun sözlərinə görə, layihə çərçivəsində Azərbaycan Dövlət SuEhtiyatları Agentliyi ilə əməkdaşlıq nəzərdə tutulur və TİƏ-ninhazırlanmasına tezliklə start veriləcək.
Fevralın 27-də Azərbaycan Energetika Nazirliyinin 2025-ci ildəgördüyü işlərə dair hesabat dərc olunub. Hesabatda qeyd olunur ki,Rumıniya Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstanın iştiraketdiyi “yaşıl enerji dəhlizi" layihəsinə qoşulmaqniyyətindədir.
“Rumıniya tərəfi qeyd olunan layihəyə qoşulmaq arzusunu ifadəedib. Bununla əlaqədar Türkiyə tərəfindən 4 aprel 2025-ci ildəimzalanmış Anlaşma Memorandumuna dəyişikliklərin edilməsi üzrəProtokol layihəsi hazırlanıb. Hazırda sənəd tərəflər tərəfindənnəzərdən keçirilir.
Bundan əlavə, Türkiyə tərəfindən hazırlanmış "Texniki tapşırıq"(ToR) sənədinin layihəsi də tərəflər arasında razılaşdırmamərhələsindədir”, – deyə hesabatda bildirilir.
Martın 3-nə olan məlumata görə, Azərbaycanda Qaradağ GünəşElektrik Stansiyası milli enerji sisteminə ötürülən 1 milyard 100min kilovat-saatdan çox “yaşıl enerji" istehsal edib.
Dövlət Gömrük Komitəsinin son məlumatlarına əsasən, cari ilinyanvar–fevral aylarında Azərbaycan 72,208 milyon kilovat-saatelektrik enerjisi ixrac edib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilinyanvar–fevral aylarında Azərbaycanda külək elektrik stansiyalarında(KES) 141,6 milyon kVt·saat elektrik enerjisi istehsal olunub.