AZ

Ötən ay Azərbaycanın Banklararası Kart Mərkəzi vasitəsilə manatla aparılmış əməliyyatların həcmi açıqlanıb

Bakı. Trend:

Cari ilin fevral ayının sonuna olan məlumata əsasən,Azərbaycanda Banklararası Kart Mərkəzi (BKM) vasitəsilə 70,96milyon emal olunmuş ödəniş əməliyyatı aparılıb və bu əməliyyatlarınümumi məbləği 3,125 milyard manat təşkil edib.

Bu barədə Trend-əAzərbaycan Mərkəzi Bankından məlumat verilib.

Bildirilib ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə göstəriciəməliyyatların sayı üzrə 10,498 milyon ədəd və ya 17,4%, məbləğüzrə isə 300 milyon manat və ya 10,6% artıb.

Ötən ilin fevral ayında Azərbaycanda BKM vasitəsilə 60,462milyon ədəd ödəniş əməliyyatı həyata keçirilmiş və buəməliyyatların ümumi məbləği 2,825 milyard manat olmuşdur.

Qeyd edək ki, BKM bank kartları üzrə ödənişlərin təhlükəsiz vəoperativ emalını təmin edən texnoloji və maliyyə infrastrukturudur,yəni banklar arasında ödənişlərin düzgün ötürülməsini və yekunicrasını həyata keçirir

Məqalədə:
Seçilən
27
az.trend.az

1Mənbələr