AZ

Vens: Müharibə çox yaxında başa çatacaq

Vens: Müharibə çox yaxında başa çatacaq

ABŞ vitse-prezidenti Ceyms Devid Vens Vaşinqtonun İranla bağlı hərbi hədəflərini böyük ölçüdə reallaşdırdığını bəyan edib.

AFN.az xəbər verir ki, aprelin 12-də keçiriləcək parlament seçkiləri öncəsi Macarıstana səfər edən Vens Baş nazir Viktor Orbanla görüşündən sonra təşkil edilən ortaq mətbuat konfransında çıxış edib. O, ABŞ Prezidenti Donald Trampın da vurğuladığı kimi, bu müharibənin çox yaxında yekunlaşacağını bildirib.

Vens çıxışında Orbanın liderliyini yüksək qiymətləndirərək Macarıstanın enerji siyasəti və Qərb dəyərləri mövqeyini bütün qitə üçün nümunə göstərib. Eyni zamanda Brüssel bürokratlarını kəskin tənqid edən vitse-prezident onların Macarıstan xalqını sıxışdırmağa və ölkənin enerji müstəqilliyini zəiflətməyə çalışdıqlarını iddia edib. O, Orbanın Macarıstanın maraqlarını qətiyyətlə müdafiə etdiyini və seçki prosesində ona dəstək olmaq üçün Budapeştdə olduğunu vurğulayıb.

Müharibənin gedişatı ilə bağlı danışan Vens qeyd edib ki, ABŞ-ın İranın silah istehsalı potensialını zəiflətmək istiqamətində hələ bəzi planları olsa da, hərbi hədəflərin əsas hissəsi artıq tamamlanıb. Onun sözlərinə görə, yekun nəticə Tehranın seçəcəyi yoldan asılıdır: İran ya terroru maliyyələşdirməkdən əl çəkib normal bir ölkə kimi dünya ticarət sisteminə daxil olmalı, ya da öz qonşularına qarşı terror etməyə davam edərək ağır iqtisadi tənəzzüllə barışmalıdır.

Seçilən
23
afn.az

1Mənbələr