ain.az, Ayna saytına istinadən bildirir.
Vens İranı Vaşinqtonun əvvəllər hərbi əməliyyat zamanı istifadə etmədiyi alətlərdən istifadə etməklə hədələyib
ABŞ vitse-prezidenti C.D.Vens İranı Vaşinqtonun əvvəllər hərbi əməliyyat zamanı istifadə etmədiyi alətlərdən istifadə etməklə hədələyib.
AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Vens bu barədə Budapeştdə Macarıstanın Baş naziri Viktor Orban ilə birgə mətbuat konfransında İranla müharibənin gedişatı və Vaşinqtonun Tehrana verdiyi ultimatumu şərh edərkən deyib.
"Onlar bilməlidirlər: hələ istifadə etmək qərarına gəlmədiyimiz alətlərimiz var. ABŞ Prezidenti Donald Tramp onlardan istifadə etmək qərarına gələ bilər. Əgər iranlılar davranışlarını dəyişməsələr, o alətlərdən istifadə etmək qərarına gələcək", - Vens vurğulayıb.
Vitse-prezident hansı alətlərdən danışdığını dəqiqləşdirməyib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.