Bakı. Trend:
Milli Məclisin sədri Sahibə Qafarova aprelin 7-də qurumlararasıəməkdaşlıq məsələlərinin müzakirəsi məqsədilə ölkəmizdə səfərdəolan Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru MuhsinŞentürkün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətləəlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan-Türkiyə münasibətlərininÜmummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamınauyğun, dostluq və qardaşlıq əsasında inkişaf etdiyi qeyd olunub.Həmçinin, strateji müttəfiqlik xarakteri daşıyan dövlətlərarasımünasibətlərdən bəhs edilərək, Azərbaycan-Türkiyə əlaqələrinininkişafında dövlət başçıları arasındakı qardaşlıq münasibətlərininxüsusi rolu vurğulanıb.
Söhbətdə iki ölkənin qanunverici orqanları arasındakımünasibətlərə diqqət yönəldilərək, parlamentarilər, o cümlədən İşçiqrupları arasında səmərəli əməkdaşlığın mövcudluğundan məmnunluqifadə olunub. Həmçinin, Azərbaycan və Türkiyə parlamentlərininmüxtəlif parlament əməkdaşlıq platformalarındakı birgəfəaliyyətinin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, bu platformalarregionda sülh, sabitlik və əməkdaşlığa töhfə verirlər.
İki qardaş ölkənin müvafiq qurumları arasında səmərəliəməkdaşlıqdan söz açan Spiker Sahibə Qafarova 2021-ci ildə hər ikiölkənin Baş prokurorluqları arasında imzalanmış AnlaşmaMemorandumunun əhəmiyyətini xüsusi vurğulayıb. Eyni zamanda,çoxtərəfli əməkdaşlıq çərçivəsində yaradılmış Türk DövlətləriTəşkilatının Baş Prokurorları Şurasının fəaliyyətini yüksəkqiymətləndirib.
Səmimi qəbula görə təşəkkürünü bildirən Türkiyə Respublikası AliMəhkəməsinin Baş prokuroru Muhsin Şentürk iki ölkə arasındaəlaqələrin ölkə başçılarının müəyyən etdiyi ikitərəfli əməkdaşlıqgündəliyinə uyğun inkişaf etdiyini və bütün istiqamətləri əhatəetdiyini bildirib.
Dünyada və regionda cərəyan edən proseslərə toxunan qonaqTürkiyə və Azərbaycan liderlərinin rolundan bəhs edərək, onlarınhəm xalqları və dövlətləri üçün, həm də beynəlxalq sülh,əmin-amanlıq və əməkdaşlığın təmin olunmasında etibarlı lider vəvasitəçi rolunu vurğulayıb.
Görüşdə qonağa Azərbaycan Respublikası Milli Məclisi ilə BaşProkurorluq arasındakı səmərəli əməkdaşlıq barədə də məlumatverilib.